...

Azərbaycan RSS-in iclasında iştirak edəcək

Telekommunikasiya Materials 11 İyul 2008 07:30 (UTC +04:00)

Azərbaycan, Bakı. 11 iyul / Trend müxbir İ.Xəlilova / Azərbaycan rabitə sahəsində Regional Əməkdaşlıq Birliyinin (RSS) növbəti 22-ci iclasında iştirak edəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, 19-20 avqust tarixlərində Minsk şəhərində keçiriləcək tədbirdə nazirliyin maliyyə, hesabat və iqtisadi analiz şöbəsinin rəisi Rəşad Nəbiyev iştirak edəcək.

Gündəliydə 2009-cu il üçün tədbirlər planının, elmi-tətqiqat işləri siyahısının müzakirəsi və digər məsələlər olacaq.

İnkişaf strategiyası üzrə aparılan iş, yeni korporativ idarəetmə üsulları, tariflərin formalaşması prinsipləri, poçt xidmətləri və digər məsələ və problemlər ətrəfında təcrübə mübadiləsi aparmaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti