Azərbaycan, Bakı, 08 sentyabr / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC (Nar Mobile ticarət markalı) bazar ertəsi Bakı, Abşeron, Ağcabədi, Ağstafa, Qax, Lerik, Saatlı, Sabirabad, Salyan, Şəki, Şəmkir, Tovuz, Dəvəçi və Şamaxıda avqust və sentyabr aylarında yeni stansiyaların quraşdırılması barədə informasiya yayıb.
Məlumatda bildirilir ki, yay aylarında quraşdırılan 103 stansiyaya sentyabrın əvvəlində daha 6-sı əlavə olunub: Bakıda (2), Abşeron yarımadasında (1), Dəvəçidə (1), Salyanda (1) və Şamaxıda (1).
Beləliklə, ölkə ərazısınin 80%-ni keyfiyyətli və sərfəli rabitə ilə təmin edən baza stansiyalarının sayı 360 - a çatıb.
"Azerfon" MMC (Nar Mobile ticarət markalı) ölkədə GSM standartlı mobil rabitə xidməti göstərmək üçün Azərbaycanın Rabitə və İnformasiya Texnolo giyaları Nazirliyi tərəfindən 2005-ci ilin sonlarında lisenziya alıb. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21- də başlayıb. Bu gün "Nar Mobile" abunəçilərinin sayı 500 min nəfəri ötür.