Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir S.Babayeva/ Estoiyanın İT şirkətləri noyabrın 11-14-dək Bakıda keçiriləcək "Telekommunikasiya və informasiya texnologiyaları" BakuTel-2008 Azərbaycanın 14-cü beynəlxalq sərgi və konfransında iştirak edəcək. Bu barədə Azərbaycan nümayəndə heyətinin Estoniyaya ölkənin "elektron hökumət" və "elektron imza"nın tətbiqi məsələsinin öyrənilməsi üçün səfəri çərçivəsində məlumat verilib.
Cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin və Azərbaycan nümayəndə heyətinin rəhbəri Rüfət Gülməmmədovun bildirdiyinə görə, Estoniyaya səfərin gedişində ölkəmizin mütəxəssisləri bu ölkənin e-səsvermə, e-təhsil, e-səhiyyə, e-kadastr, e-polis təcrübəsi ilə də tanış olublar.
Azərbaycan nümayəndə heyətinin səfəri Estoniyanın e-idarəetmə Akademiyasının dəvəti ilə baş tutub.
Elektron hökumət - vətəndaşlara, biznesə, dövlət hakimiyyətinin digər orqanlarına və dövlət məmurlarına informasiyanın verilməsi və dövlət xidmətlərinin formalaşmış məcmu üsuludur.