...

Türkmənistanın rabitə naziri "işdə buraxdığı ciddi nöqsanlara görə" vəzifəsindən azad edilib

Telekommunikasiya Materials 16 Yanvar 2009 12:36 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 16 yanvar/ Trend , müxbir E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədovun fərmanına əsasən, ölkənin rabitə nahiri R.Hocaqurbanov "işdə buraxdığı ciddi nöqsanlara görə" vəzifəsindən azad edilib. Onu bu vəzifədə Lebap vilayətinin elektrik rabitə bölmələrindən birində işləyən O.Cumaqulıyev əvəz edib.

Hocaqurbanov ötən il və yanvarın əvvəlində dəfələrlə xəbərdarlıqlar alıb. Ciddi töhmətlər bir sıra dövlət tədbirləri - Yeni il şənlikləri, beynəlxalq konfranslar və Konstitusiyanın şərəfinə abidənin təməlqoyma mərasimi zamanı pis texniki təchizatla bağlı olub.

Adıçəkilən nazir həmçinin "Mobil telefon rabitəsinin inkişafı üzrə lazımi tədbirlərin görülməməsi, radio kanal verilişlərinin yayım keyfiyyəti üzərində nəzarətin zəifləməsi və teleproqramların yayımının təkmilləşdirilməsi üzrə tədbirlər görülməməsində" də səbəbkar bilinir. Onun müavini də ölkədə internetin zəif tətbiqi ilə bağlı artıq bir dəfə töhmət alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti