...

İnternetə olan qiymətlərin sürətlə enməsi özəl provayderlər üçün çətinliklər yaradır – Azərbaycanın rabitə nazirinin müavini

Telekommunikasiya Materials 14 Aprel 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.Babayeva /

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə əsasən, internet xidmətlərinə olan qiymətlərin sürətlə enməsi özəl provayderlər üçün çətinliklər törədir.

"Qısa müddətdə qiymətləri sürətlə azaltmaq olmaz. Ötən 4 ay ərzində tariflər iki dəfə endirilib. Hazırda bir çox provayderlər istifadəçilərə 10 manatdan başlayaraq 100 manatadək internetə giriş təqdim edirlər. İstifadə qiymətlərinin sürətlə enməsi özəl provayderlər üçün çətinliklər törədir", - Vəlizadə deyib.

Onun sözlərinə əsasən, qiymətlərin dəyişməsi tamamilə bazardan asılıdır və qiymət azalması davamlı prosesdir.

Ölkədəki internet xidmətlərinin keyfiyyətinin aşağı səviyyəyə enməsi ilə bağlı sualı şərh edərkən nazir müavini qeyd edib ki, provayderlər və nazirlik xidmətlərin keyfiyyətli səviyyədə qalmasında maraqlıdırlar.

"Satıcı müştəriləri itirməməkdən ötrü hər zaman keyfiyyətli xidmət göstərməkdə maraqlıdır. Bununla yanaşı, sözügedən məsələ bütün provayderlərin iştirak etdiyi internetin inkişafı üzrə Koordinasiya Şurasının nəzarəti altındadır", - Vəlizadə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti