...

"Azercell" rouminq xidmətinin tariflərini endirib

Telekommunikasiya Materials 30 İyul 2009 20:08 (UTC +04:00)
"Azercell" mobil rabitə operatoru PRE-paid abonentləri üçün rouminq xidmətinin tariflərini endirib.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir H.Vəliyev /

"Azercell" mobil rabitə operatoru PRE-paid abonentləri üçün rouminq xidmətinin tariflərini endirib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bir çox ölkələrdə CAMEL-rouminq xidməti fəaliyyət göstərir. Bu öllkələrdə yaşayan abonentlər vətənlərinə ucuz tariflərlə zəng edə biləcəklər.

CAMEL-rouminq real vaxt rejimində zənglərə tarif qoyulması baş verən rouminq xidmətidir. Bu tip tarifqoyma növündə abonent onun şəxsi hesabında olan pul vəsaiti çərçivəsində rabitə xidmətlərindən yararlana bilər.

Hazırda "Azercell" şəbəkəsinin abonentləri Avropa, Asiya və MDB-nin 20-dən çox ölkəsində ucuz tariflə əlaqə saxlamaq imkanına malikdirlər.

Bunlarla yanaşı, şirkət Türkiyə, Rusiya, BƏƏ, Moldova, Ukrayna və başqa ölkələrdə daimi olan vətəndaşlar üçün yeni endirimlər edib. Məsələn, əgər əvvəllər Gürcüstandan Azərbaycana bir dəqiqənin qiyməti 200 kontur idisə, yeni tarifə əsasən, qiymət 50 faiz azalıb və cəmi 100 kontur təşkil edir. Türkiyədən edilən zənglərdə isə qiymət 140 kontur azalaraq bir dəqiqə üçün cəmi 540 kontur təşkil edir.

Azərbaycan ərazisindəki PRE-paid abonentləri "RoamCELL" xidmətinin aktivləşməsi üçün *135*1#YES, xidmətin deaktiv olunması üçün isə *135*0#YES şifrəsini yığmalıdırlar.

Qeyd edək ki, Azercell PRE-paid abonentləri üçün rouminq xidməti tətbiq edən ilk şirkətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti