...

Azercell və Azərbaycan Mətbuat Şurası biznes jurnalistikası üzrə master kurs keçirib

Telekommunikasiya Materials 9 Noyabr 2009 20:49 (UTC +04:00)
Biznes sahəsində dəqiq xəbərlərin yayılması ən önəmli məsələlərdən biridir. Media nümayəndələrinin bu sahədə bilik və bacarıqlarını artırmasına yardımçı olmaq məqsədilə “Azercell Telekom” MMC Mətbuat Şurası ilə birlikdə treninq təşkil edib.
Azercell və Azərbaycan Mətbuat Şurası biznes jurnalistikası üzrə master kurs keçirib

Azərbaycan, Bakı, 09 noyabr / Trend /

Biznes sahəsində dəqiq xəbərlərin yayılması ən önəmli məsələlərdən biridir. Media nümayəndələrinin bu sahədə bilik və bacarıqlarını artırmasına yardımçı olmaq məqsədilə "Azercell Telekom" MMC Mətbuat Şurası ilə birlikdə treninq təşkil edib.

"Biznes xəbərlərin yazılması və redaktəsi" mövzusunda təşkil edilən master kurs Kommunikasiya sahəsində ekspert Aleksandr Straunik tərəfindən keçirilib. O, Avropanın bir neçə ölkəsində həm jurnalist, həmçinin də kommunikasiya sahəsində müşavir və məsləhətçi kimi uzun illər çalışıb.

Onun keçdiyi master kursun məqsədi jurnalistlərə biznes xəbərlərinin yazılması qaydaları haqqında ətraflı məlumat verməkdən ibarət olub. Kurs zamanı xəbər başlıqlarının uğurlu seçilməsi, faktın şərhdən ayrılması, faktın yoxlanılması ilə əlaqədar zəruri məsləhətlər verilib. Həmçinin, İnternetdən istifadə etməklə aparılan tədqiqatlar barədə bilgi kurs iştrakçılarının diqqətinə çatdırılıb. Kursda biznesdən yazan jurnalistlər üçün praktik məşğələlər, interaktiv oyunlar da təşkil olunub. Təlim iştirakçıları konkret vaxt ərzində onlara verilən məlumatlar əsasında material hazırlayaraq, canlı müsahibələr götürüblər.

Təlimdə iştirak üçün yerli biznes mühiti haqqında yazan, informasiya texnologiyaları üzrə ixtisaslaşan KİV nümayəndələri seçilib. Kursun sonunda iştirakçılara sertifikat və "Azercell" tərəfindən hədiyyələr təqdim olunub.

KİV nümayəndələri ilə daim sıx əlaqədə olan"Azercell" indiyədək jurnalistlərin inkişafına yardım edən müxtəlif layihələrə imza atıb. Bu tədbirlər şirkətin İnkişafı Paylaşmaq Platforması çərçivəsində həyata keçirilir.

Tədbirin əsas məqsədi - biznes junalistikasına yönəlik seminarlarla yanaşı, həm də ümumilikdə Azərbaycan mediasının peşəkarlıq səviyyəsinin yüksəlməsinə kömək etməkdir.

Xəbər lenti

Xəbər lenti