...

Bakıda "İnsan kapitalı. Dövlət. Biznes" adlı birinci beynəlxalq konfrans keçiriləcək

Telekommunikasiya Materials 18 Noyabr 2009 11:58 (UTC +04:00)
Bakıda 25-26 noyabr tarixində Allianz Group konsaltinq şirkətinin təşəbbüsü ilə "İnsan kapitalı. Dövlət. Biznes" mövzusunda birinci beynəlxalq konfrans keçiriləcək, bu barədə şirkətin məlumatında bildirilib.
Bakıda "İnsan kapitalı. Dövlət. Biznes" adlı birinci beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir H.Vəliyev/

Bakıda 25-26 noyabr tarixində Allianz Group konsaltinq şirkətinin təşəbbüsü ilə "İnsan kapitalı. Dövlət. Biznes" mövzusunda birinci beynəlxalq konfrans keçiriləcək, bu barədə şirkətin məlumatında bildirilib.

Konfrasın tərəfdaşları qismində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq əlaqələr və hesablsms mərkəzi və Access Bank çıxış edir.

Konfransın proqramına 10 məruzə, 5 master-klass, 4 "dəyirmi masa" daxil edilib.

Spiker-şirkətlər arasında Rusiyanın "Mobil TeleSistemlər" adlı mobil rabitə operatoru, "Texnosila" elektron və məişət texnologiyası mağazalar şəbəkəsi, Latviyanın In Form Network şirkəti, Access Bank (Azəbaycan), Profiles International (ABŞ), Air-Astana (Qazaxıstan), Bank Delta Credit - Societe General Group (Rusiya/Fransa) və b. var.

Məruzələrin aktuallığı, konkret təcrübə, master-klass və "dəyirmi masa"larda təlimlər keçirilməsi konfransın işındə iştirak etmək istəyini bildirən peşəkar beynəlxalq şirkətlərin və dövlət strukturlarının diqqətini cəlb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti