...

"Azercell" yaxın zamanlarda 3G üzrə lisenziya almasını gözləyir – baş direktor

Telekommunikasiya Materials 10 Dekabr 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir H.Vəliyev/

"Azercell Telecom"-un 3G standartında xidmət göstərməsinə dair lisenziya verilməsi məsələsi yaxın zamanlarda həll olunacaq. Bu barədə cümə axşamı Azercell-in baş direktoru Əli Ağan jurnalistlərə bildirib.

Ağanın sözlərinə görə, 3G standartında xidmət göstərilməsi üçün şərtlər hər üç operator tərəfindən yaradılmalıdır. Azərbaycanda bu texnologiyanın gələcək inkişafı məhz bundan asılıdır, belə ki, bu xidmətləri göstərən az sayda operatorlar deyirlər ki, bundan istifadə imkanı əldə edən istifadəçilərin sayı azdır.

Bu gün "Barama" layihəsi ofisinin açılışı çərçivəsində Azercell 4G standartı ilə əlaqədar texnologiyanın imkanlarını nümayiş etdirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti