Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir H.Vəliyev/
Azərbaycanda 20 şagirdə bir kompüter düşür. Bunu təhsil naziri Misir Mərdanov cümə axşamı deyib.
Təhsil Nazirliyinin statistikasına əsasən, bu göstərici orta təhsil müəssisələrində 5 il əvvəl qeydə alınan kompüterlərin səviyyəsinin 60 dəfə keçir. Bu dövrdə hər 1036 şagirdə cəmi bir kompüter düşürdü.
Mərdanovun sözlərinə görə, bu il məktəblərin kompüterləşməsinə 16 milyon manat xərclənib. Bu vəsaitin xeyli hissəsi 500 məktəbin yüksəksürətli internet şəbəkəsinə qoşulmasına və müəlimlər üçün treninqlərin keçirilməsinə yönəldilib.
İşlər "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi İT texnologiyasından istifadə etməklə, təhsilin keyfiyyətinin artırılması üçün vahid təhsil-informasiya mühitinin yaradılması və ölkənin dünya təhsil sisteminə inteqrasiya etməsidir. Bu, ölkənin təhsil sistemini səmərəli idarəetməyə, həmçinin qlobal şəbəkə vasitəsilə xarici ölkələrin tədris müəssisələri ilə əlaqələri genişləndirməyə imkan verir.