Аzərbaycan,Bakı, 20 may /Trend, müxbir H.Vəliyev/
Naxçıvan şəhərinin telefon şəbəkəsi yeddirəqəmli nömrələr sisteminə keçirilir, - cümə axşamı Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə məlumat verilib.
"Bu gündən etibarən yeddirəqəmli nömrələr sisteminə keçiləcək", - nazirlikdən bildiriblər.Bu sistemə keçidlə Naxçıvan şəhərinin telefon nömrələri "5" indeksi ilə başlayacaq - (544-xx-xx, 545-xx-xx və 550-xx-xx). Naxçıvanın, həmçinin, ikirəqəmli şəhərlərarası telefon kodu da dəyişiləcək.
Yeddirəqəmli nömrələr sisteminə keçid telekommunikasiya qovşağının nömrələr ehtiyatını artırmağa və beş nömrə çatışmazlığını aradan qaldırmağa imkan yaradacaq.
Naxçıvan Bakı və Sumqayıtdan sonra, infrastrukturun inkişafında yeddirəqəmli nömrələr sisteminə keçidi tələb edən üçüncü şəhərdir.