...

Azərbaycan "Microsoft Peer Coaching" proqramında iştirak edəcək

Telekommunikasiya Materials 17 Sentyabr 2010 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Q.Vəliyev/

"Microsoft Azerbaijan" Azərbaycanın ali məktəb müəllimləri üçün "Peer Coaching" ("Həmkara kömək") proqramını həyata keçirməyə başlayır.  Bu barədə şirkətin məlumatında deyilir.

Azərbaycanın proqramda iştirakı Azərbaycan Təhsil Nazirliyi və "Microsoft" arasında "Təhsildə tərəfdaşlıq" proqramı üzrə imzalanan qarşılıqlı anlaşma haqqında memorandum çərçivəsində həyata keçiriləcək.

"Peer Coaching" proqramı müəllimlərin həmkarlarına kömək üçün yeni bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də fəal müəllimlərin məktəblərdə təlimatçı rolunu yerinə yetirmələri məqsədinə yönəlib. Layihə müəllimlər üçün xüsusi treninqlər keçirən "MƏDƏD" təşkilatının iştirakı ilə həyata keçiriləcək.

"Peer Coaching" proqramı çərçivəsində cəlb olunan müəllim-təlimatçılar məktəblərdə işləyən digər müəllimlərə təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə praktiki məsləhətlər verəcəklər. Məktəblərdə müəllim-təlimatçıların olması təhsildə İKT-nin tətbiqini sadələşdirəcək.

Proqramda iştiraka müəllim-metodistlər, təhsildə informasiya və kommunikasiya texnologiyalarının daha geniş tətbiqində təcrübəyə malik müəllimlər cəlb ediləcək. Treninqləri "Microsoft" korporasiyasının ekspertləri aparacaqlar.

Xəbər lenti

Xəbər lenti