...

"Elcell" Şəki şəhərində "iBurst" şəbəkəsinin ticari istismara verilməsini elan edir

Telekommunikasiya Materials 13 Oktyabr 2010 14:21 (UTC +04:00)
"Elcell" 2010-cu il oktyabırn 13-də Şəki şəhərində "iBurst" şəbəkəsinin ticari istismara verilməsini elan edib. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.
"Elcell" Şəki şəhərində "iBurst" şəbəkəsinin ticari istismara verilməsini elan edir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

"Elcell" 2010-cu il oktyabırn 13-də Şəki şəhərində "iBurst" şəbəkəsinin ticari istismara verilməsini elan edib. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.

Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərindən sonra, Şəki respublikada "Elcell" xidmətinin tətbiq edildiyi beşinci şəhər olub.

İndi Şəkinin hər bir sakini cəmi 9 manata şəhərin bütün ərazisi üzrə 2,8 Mbit/s sürətli simsiz İnternetə çıxış əldə edə bilər.

Həmçinin, yaxın günlərdə Şəki şəhəri, M.F.Axundov küçəsi, 4 ünvanında yüksək səviyyəli xidmət göstərməyə imkan verən mərkəz açılacaq.

Xəbər lenti

Xəbər lenti