...

Azərbaycanın mobil operatoru Bakcell ilin sonunadək infrastrukturun inkişafına 100 milyon dollar sərmayə qoyacaq

Telekommunikasiya Materials 15 Mart 2011 18:37 (UTC +04:00)
İlin sonunadək Azərbaycanın mobil rabitə operatoru Bakcell-in telekommunikasiya infrastrukturunun inkişafına investisiyaları 100 milyon dollar təşkil edəcək.
Azərbaycanın mobil operatoru Bakcell ilin sonunadək infrastrukturun inkişafına 100 milyon dollar sərmayə qoyacaq

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycanın mobil rabitə operatoru Bakcell-in telekommunikasiya infrastrukturunun inkişafına investisiyaları 100 milyon dollar təşkil edəcək. Bu barədə çərşənbə axşamı şirkətin baş kommersiya direktoru Krasimir Genov deyib.

Onun sözlərinə görə, son iki il ərzində şirkətin telekommunikasiya infrastrukturuna 200 milyon dollar investisiya yatırılıb.

Bu il üçün şirkətin perspektivli planlarına abonent bazasının 3 milyon abonentədədək artırılması daxildir. Genovun sözlərinə görə, hazırda Bakcell şəbəkəsinin aktiv abonentlərinin sayı 2,5 milyon nəfər təşkil edir.

Bakcell nümayəndəsinin dediyinə görə, indi şirkət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün lisenziyanın alınması ilə bağlı cavab gözləyir.

Genov bildirib ki, xidmətdən yaxın vaxtlarda Bakcell şəbəkəsinin bütün abonentləri istifadə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti