Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İT və telekommunikasiya avadanlığının, eləcə də lisenziyalı proqram təminatının alınması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə fonddan bildirilib.
Tender masaüstü və portativ kompüterlər, serverlər, proqram təminatı, printer, skaner, konfrans rabitəsi üçün qurğular, şəbəkə avadanlığının və s. alınmasını nəzərdə tutur.
İştirakçıların ilkin tender sənədləri ARDNF-də 29 aprel saat 18:00-dək, tender təklifləri 6 may saat 18:00-dək qəbul edilir.
Tender təkliflərinin açılması mayın 10-da saat 11:00-da ARDNF-də keçiriləcək.
Tender haqqında əlavə məlumatı 498-77-53 (dax. 176) telefon nömrəsinə zəng vurmaqla əladə etmək olar. Əlaqələndirici şəxs: Qaçay Mirzəyev.