...

B&BTV "Azercell" şirkətinə 3G xidmətinin təqdim edilməsinin qanuniliyinə etiraz edib

Telekommunikasiya Materials 18 Noyabr 2011 17:50 (UTC +04:00)
B&BTV 3G xidmətlərinin təqdim edilməsi üçün "Azercell" mobil rabitə operatorunun tezliklərdən istifadəsinin qanunsuz olduğu qeyd edilən məktubla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
B&BTV "Azercell" şirkətinə 3G xidmətinin təqdim edilməsinin qanuniliyinə etiraz edib

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir H.Vəliyev/

B&BTV şirkəti (kabel televiziyası operatoru) 3G xidmətlərinin təqdim edilməsi üçün "Azercell" mobil rabitə operatorunun tezliklərdən istifadəsinin qanunsuz olduğu qeyd edilən məktubla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bu barədə məktub cümə günü B&BTV şirkəti tərəfindən Trend-ə təqdim edilib.

Əvvəl məhkəmə Radiotezliklər üzrə Dövlət Komissiyasında B&BTV şirkətinin tezliklərin ləğv edilməsi prosesinin dayandırılması və onların 3G xidmətləri göstərmək üçün mobil rabitə operatorlarına verilməsi haqqında iddiasını təmin edib.

Kabel televiziyası operatorunun məktubunda qeyd edilir ki, "Azercell" tərəfindən 3G xidmətlərinin təqdim edilməsi efir-kabel televiziyası xidmətlərinin göstərilməsi üçün maneələr yaradır.

Öz növbəsində "Azercell" şirkətinin prezidenti Əli Ağan bir müddət əvvəl deyib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də Radiotezliklər üzrə Dövlət Komissiyasının iştirakı ilə 3G xidmətlərinin işə salınması onların təqdim edilməsinin tamamilə qanuniliyindən xəbər verir. Bundan başqa, o, bir daha təsdiqləyib ki, operatorun təqdim etdiyi tezliklər B&BTV tərəfindən istifadə edilmir.

Radiotezliklər üzrə Dövlət Komissiyası əvvəl 3G standartında xidmətlər göstərmək üçün Azərbaycanın mobil rabitə operatorlarına 1965-1980 və 2155-2170 Mhz tezliklərini təqdim edib. Bu qərara həmin tezliklərin balansında olduğu B&BTV etiraz edib.

Xəbər lenti

Xəbər lenti