...

Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edir

Telekommunikasiya Materials 5 Yanvar 2012 10:48 (UTC +04:00)
"Speedtest" şəbəkəsini yaradan "Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edir.
Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edir

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir H.Vəliyev/

"Speedtest" şəbəkəsini yaradan "Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin məlumatında deyilir.

Bakı üzrə bu göstərici 2,83 Mbit/s, Sumqayıt şəhəri üzrə 2,99 Mbit/s təşkil edir.

Ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.

Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 187578 unikal IP ünvan seçilib.

Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 4,59 Mbit/s ("Eurosel" şəbəkələrində), minimal sürəti isə 1,49 Mbit/s ("Azercell") olub.

Azərbaycan çıxan trafikin reytinqinə görə 120-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,98 Mbit/s sürəti ilə qoşulurlar. Bakı üzrə bu göstərici 0,98 Mbit/s, Sumqayıt üzrə isə 1,26 Mbit/s təşkil edir.

Çıxan trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət-provayderləri və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 2,12 Mbit/s (Azertelecom-un şəbəkəsi), minimal sürət isə 0,37 Mbit/s (Bakcell) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti