...

Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı internet portlarının sayını artırıb

Telekommunikasiya Materials 15 Mart 2012 15:13 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) genişzolaqlı internet portlarının sayını 2823 ədəd artırıb.
Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı internet portlarının sayını artırıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) genişzolaqlı internet portlarının sayını 2823 ədəd artırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, portlar Bakı və paytaxt qəsəbələri üzrə operatorun telekommunikasiya qovşaqlarında işə salınıb.

Hazırda özəl servis-provayderlərin portları nəzərə alınmaqla, BTRİB şəbəkəsi üzrə genişzolaqlı internet portlarının sayı 210 min ədədi ötür.

Portların ümumi sayından 160 minə yaxını aktivdir.

"BakinterNet" dövlət internet-provayderin şəbəkəsində isə portların sayı 65 min ədədi ötür.

Xəbər lenti

Xəbər lenti