...

Türkiyənin elm, texnologiya və sənaye naziri Bakıya gələcək

Telekommunikasiya Materials 25 Aprel 2012 16:26 (UTC +04:00)
Türkiyənin elm, texnologiya və sənaye naziri Nihat Ergün cümə axşamı Bakıya rəsmi səfərə gələcək.
Türkiyənin elm, texnologiya və sənaye naziri Bakıya gələcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin elm, texnologiya və sənaye naziri Nihat Ergün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dəvəti ilə cümə axşamı Bakıya rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə "Cihan" agentliyi xəbər verib.

Səfər çərçivəsində nazir rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə, sənaye və energetika naziri Natiq Əliyevlə, AMEA-nın rəhbəri, professor Mahmud Kərimovla ikitərəfli danışıqlar aparacaq.

Türkiyəli nazirin Prezident İlham Əliyevlə də görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti