...

"Bakcell"in yeni dilerinin ilk "Wentto telecom" mağazası açılıb

Telekommunikasiya Materials 13 Sentyabr 2012 14:45 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq öz diler şəbəkəsini bir qədər də genişləndirib.
"Bakcell"in yeni dilerinin ilk "Wentto telecom" mağazası açılıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq öz diler şəbəkəsini bir qədər də genişləndirib.

"Bakcell"in yeni dileri "Wentto telecom" təntənəli açılışla ilk mağazasını istifadəyə verib.

Şərifzadə küçəsi, 148 ünvanında yerləşən mağaza Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Yeni telefon modelləri, aksesuarlar və digər texniki yenilikləri əldə etmə imkanı ilə yanaşı, müştərilərə elektron nömrə seçmə imkanının yaradılmasıdır. Belə ki, müştərilər elektron nömrə tablosu vasitəsilə rahatlıqla mövcud nömrələri axtara və qiymətlərini öyrənə bilərlər.

Gənc Bakcelliləri nəzərdən qaçırmayan diler mağazası onlar üçün xüsusi kampaniya keçirməyi planlaşdırır. Belə ki, 20 sentyabrdan başlayaraq tələbələr yalnız tələbə bileti və şəxsiyyət vəsiqəsilə ilkin ödənişsiz, uzunmüddətli kreditlə arzu etdikləri məhsulları əldə edə biləcəklər.

Onu da qeyd edək ki, mağazaya fəaliyyətə başladıqdan sonrakı ilk üç gün ərzində baş çəkmiş müştərilərə hədiyyələr paylanacaq.

Bu gözəl fürsəti siz də qaçırmayın! "Bakcell"in yeni mağazasına gəlin və onun təqdim etdiyi yeniliklərdən faydalanın.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər

Xəbər lenti

Xəbər lenti