...

Koreya Azərbaycanın ikinci peykinin orbitə çıxarılmasında maraqlıdır

Telekommunikasiya Materials 2 Oktyabr 2012 15:39 (UTC +04:00)
Koreya Azərbaycanın ikinci peykinin orbitə çıxarılması layihəsində iştirakda maraqlıdır. Bunu Azərbaycanın rabitə naziri Əli Abbasov Koreyanın ölkəmizə yeni təyin olunan səfiri Çoi Suk-İn ilə nazirlikdə keçirdiyi görüşdə deyib.
Koreya Azərbaycanın ikinci peykinin orbitə çıxarılmasında maraqlıdır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir H.Vəliyev/

Koreya Azərbaycanın ikinci peykinin orbitə çıxarılması layihəsində iştirakda maraqlıdır. Bunu Azərbaycanın rabitə naziri Əli Abbasov Koreyanın ölkəmizə yeni təyin olunan səfiri Çoi Suk-İn ilə nazirlikdə keçirdiyi görüşdə deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.

Azərbaycanın ikinci peyki aşağı orbitli olacaq. Onun buraxılışı 2015-ci ilə proqnozlaşdırılıb.

Nazir Koreya şirkətlərinin Azərbaycanda genişzolaqlı xidmətlərin genişləndirilməsi sahəsində reallaşdırılan layihələrdə, həmçinin Koreya nümayəndə heyətinin noyabrın 6-9-da Bakıda keçiriləcək Beynəlxalq "BakuTel-2012" telekommunikasiya sərgisi çərçivəsində İnternetin idarə edilməsi problemlərinin müzakirəsi üzrə Beynəlxalq forumun (IGF-Internet Governance Forum) işində iştirakını məqsədəuyğun hesab edib.

Xəbər lenti

Xəbər lenti