...

"Nar Mobile" yeni əsas inzibati ofisinin açılış mərasimini keçirib (FOTO)

Telekommunikasiya Materials 9 Oktyabr 2012 16:47 (UTC +04:00)
Hər zaman yüksək kefiyyətli mobil xidmət göstərən "Nar Mobile" bu illər ərzində bir çox uğurlar və nailiyyətlər qazanıb. İnkişaf etmək və hər zaman yeniliklərə can atmaq şirkətin prioritet qoyduğu məsələlərdəndir.
"Nar Mobile" yeni əsas inzibati ofisinin açılış mərasimini keçirib (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Hər zaman yüksək kefiyyətli mobil xidmət göstərən "Nar Mobile" bu illər ərzində bir çox uğurlar və nailiyyətlər qazanıb. İnkişaf etmək və hər zaman yeniliklərə can atmaq şirkətin prioritet qoyduğu məsələlərdəndir. Odur ki, bütün bunlara çatmaq üçün "Nar Mobile" genişlənməyə doğru can atıb. Bu gün isə şirkət inkişafının yeni mərhələsinə qədəm qoyub.

Şirkətdən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da Heydər Əliyev prospekti, 106A ünvanında yerləşən "Azerfon" MMC-nin yeni inzibati ofisinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, digər yüksək rütbəli dövlət məmurları, müxtəlif yerli və xarici təşkilatların rəhbərləri və media nümayəndələri iştirak ediblər.

"Azerfon" MMC-nin baş direktoru Jurgen Peetz öz çıxışında tədbirdə iştirak edən qonaqları salamlayıb, şirkətin tarixi və faliyyəti, dəyərləri barədə danışaraq, yeni binanın xüsusiyyətləri barədə açıqlama verib.

"Nar Mobile" qısa müddət ərzində mobil rabitə bazarının aparıcı şirkətinə çevrilərək öz tərəfdaşlarının və abunəçilərinin hörmət və rəğbətini qazanmağa müvəffəq oldu. Biz hər zaman yenilikçi olmağa can atırıq və əməkdaşlarımızın rahatlığı üçün bütün şəraiti yaradırıq. Binanın ərazisi 8.000 m2-dir və hazırda burada 600-dan çox işçi çalışır. Biz Nar Mobile-ın inkişafının yeni mərhələsinə qədəm qoyduq", - Peetz bildirib.

Öz növbəsində, tədbirdə çıxış edən Əli Həsənov və İltimas Məmmədov telekommunikasiya bazarının mövcud vəziyyəti və dövlətin bu sahənin inkişafı istiqamətində attığı addımlardan danışaraq, Nar Mobile-ın uğurlarını və fəaliyyətini yüksək qiymətləndirdiklərini söyləyiblər.

Rəsmi hissədən sonra media nümayyəndələri üçün təşkil olunmuş şirkətin ofisi və heyəti ilə tanıtım ekskursiyası zamanı jurnalistlər şirkətin şöbələrinin işi ilə yaxından tanış olub, Nar Mobile-ın fəaliyyəti barədə suallar veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti