...

Azərbaycanın ilk milli peykinin buraxılması üzrə xərclər açıqlanıb

Telekommunikasiya Materials 3 Dekabr 2012 17:41 (UTC +04:00)
Azərbaycanın ilk milli peykinin buraxılması layihəsinin ümumi dəyəri təxminən 230 milyon dollardır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Azərbaycanın ilk milli peykinin buraxılması üzrə xərclər açıqlanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilk milli peykinin buraxılması layihəsinin ümumi dəyəri təxminən 230 milyon dollardır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

"Bura yerüstü idaretmə stansiyalarının tikintisi üzrə xərclər, həmçinin sığorta xərcləri daxildir", - nazir deyib.

Onun sözlərinə görə, peykin sığortalanmasına 17 milyon dollar sərf olunub.

"Bu məbləğdən 16 milyon dollar peykin 100 faizlik sığortalanmasına düşür, bir milyon dollar isə sığorta məbləğinə verilən zəmanətdir", - Abbasov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti