...

Mart ayından Azərbaycanda “MilliÖN” özünəxidmət terminallarında kredit kartları ilə ödəniş etmək mümkün olacaq

Telekommunikasiya Materials 4 Mart 2013 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir H.Vəliyev/

Bu ilin mart ayından etibarən, Azərbaycanda "MilliÖN" özünəxidmət terminallarında kredit kartları ilə ödəniş etmək mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə "Komtec" şirkətinin rəhbəri Söhrab Fərhadov bazar ertəsi jurnalistlərə açlqlamasında bildirib.

Onun sözlərinə görə, terminallar vasitəsilə "elektron qovluğ"un balansını da artırmaq mümkün olacaq. "Elektron qovluq" xidmətindən ödəmələr etmək üçün mobil telefona xüsusi proqram yükləmək lazım olacaq.

"Hazırda əsas inkşaf istiqamətlərindən biri də bank kreditlərinin ödənilməsi üçün lazımı şəraitin yaradılmasıdır. Bu məqsədlə biz, bu ildən bütün böyük bankları əhatə etməyi planlaşdırırıq. Həmçinin biz DİN-in cərimə ödənişlərinin, vergi ödəmələri, Dövlət fondu və əhali ilə bağlı digər dövlət strukturları ilə bağlı xidmətləri təqdim etmək niyyətindəyik", -Fərhadov bildirib.

Fərhadovun sözlərinə görə, yaxın vaxtlarda şirkətin Bakı və regionlarda 6 yeni ofisinin açılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti