...

Əli Abbasov: Azərbaycan və ITU informasiya təhlükəsizliyi üzrə yeni konsepsiya hazırlayırlar

Telekommunikasiya Materials 17 May 2013 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may/Trend, müxbir H. Vəliyev/

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birlikdə informasiya təhlükəsizliyi üzrə yeni konsepsiyanın hazırlığı üzərində iş aparır. Trend-in məlumatına görə, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda keçirilən İnformasiya təhlükəsizliyi üzrə I Respublika elmi-praktik konfransında çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, oxşar təşəbbüs 2010-cu ildə Rusiya tərəfindən də irəli sürülüb, lakin təəssüf ki, dünya ictiamiyyəti hələ də bu məsələ üzrə konkret qərara gələ bilməyib. Bəzi ölkələr öz qanunvericiliklərində kiberhücumları müharibə elan edilməsinə bərabər tutulmasını nəzərdə tutan müəyyən dəyişikliklər ediblər ki, bu da qarşısıalınmaz fəsadlara səbəb ola bilər:

"Bu gün dünyada informasiya təhlükəsizliyi getdikcə daha çox aktuallıq qazanır. Bunun əsas səbəbi həyatın bütün sahələrinin rəqəmsallaşdırılmasıdır: yeni elektron infrastrukturlar yaranır, onların əsasında bir çox təşkilatların əsas fəaliyyəti qurulur. Telekommunikasiya və mobil rabitə şəbəkələri daha çox inkişaf edib. Onlar informasiya strukturları olmaqla kibercinayətkarların hədəfinə çevrilir".

Nazirin qənaətincə, televiziyanın inkişafı, rəqəmsal TV-yayımına keçid etibarlı informasiya təhlükəsizliyi sistemlərinin təşkili məsələsinə diqqətli yanaşmanı tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti