Azərbaycan, Bakı, 21 may /Trend/
Bulud platformasında işləyən kompüterlər tələbələrin öyrənmə və müəllimlərin öyrətmə üsullarını dəyişməyə qadirdirlər. Xüsusən, Mərkəzi və Şərqi Avropa kimi sürətlə dəyişən regionlarda.
Tələbələri texnologiyalara əsaslanan reallığa hazırlamaq üçün regionun "School Center Skofja Loka" (Sloveniya), "EDUCATIVA" (Rumıniya), "TEI Kalamata" (Yunanıstan), "Kozminski University" (Polşa), "University of Maribor", "Faculty of Economics and Business" (Slovenia), "Vaikystes Sodas" (Litva) kimi tədris müəssisələri və Azərbaycanın bir sıra tədris ocaqları - Azərbaycan Mühəndislik və İnşaat Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Turizm Universiteti, Baku British School, Baku Modern School - müxtəlif bulud xidmətlərini təklif edərək, tələbə və müəllim heyətin tələbatlarına cavab verən "Microsoft Office 365"-i tətbiq edirlər.
Texnologiyaların istifadəsi yolu ilə əldə edilmiş məqsədlər aşağıdakılardır:
• Daha yaxşı ünsiyyət. "Office 365" tələbə və əməkdaşlara imkan verir ki, ani surətdə müxtəlif ölkə və saat qurşaqlarında ünsiyyət qursunlar. Bir halda ki daha çox gənc real vaxt rejimində kommunikasiyaya və "daim onlayn" texnologiyalarına vərdiş edib, Mərkəzi və Şərqi Avropanın təhsil müəssisələri tədris mühitini və tələbələrin müvəffəqiyyət dərəcəsini zənginləşdirmək üçün Microsoft Lync Online-dən istifadə edirlər.
• Səmərə artımı. "Office 365" paketinin "Microsoft Exchange Online" komponenti elektron poçtun idarəedilməsində effektivsizliyə üstün gəlməyə imkan verir. "Microsoft SharePoint Online" komponenti isə bilik mübadiləsini, birgə daxili iş və sənədlərin idarəetməsini təkmilləşdirir.
• Qiymətdə qəti mənfəət. "Office 365" İT şöbələrə bahalı xidmətdən istifadə əvəzinə, diqqətlərini mühüm layihələrə yönəltməyə imkan verir. "Office 365"-in zəngin imkanları və artıq tanış olan "Microsoft Office"-in bulud versiyası sayəsində İT-administratorlar məxfilik və təhlükəsizlik səviyyələrindən arxayın olurlar.
"Texnologiyalar iqtisadi artım və rəqabətə davamlılığın qüdrətli mühərrikidir. Bunun nəticəsində ərsəyə gətirilən innovasiyalı məhsullar bütün dünyada yeni şirkətlər, sənaye müəssisələri açılması, iş yerlərinin yaradılmasına imkan verir, - "Microsoft"-un Mərkəzi və Şərqi Avropada prezidenti Don Qrentxem deyib. - Bu qədər təhsil ocaqları ilə işləmək, tələbələrin müvəffəqiyyət dərəcəsinin artırılması üçün texnologiyalardan istifadə etməyə kömək etmək, həmçinin, əməkdaşlığın, rabitənin və səmərəliliyin möhkəmləndirilməsi yolu ilə tələbə və müəllimlərin İT-tələbatlarını təmin etmək bizim üçün çox şərəflidir".