...

Azərbaycan mobil operatoru səsin göndərilməsi üçün yeni texnologiya seçib

Telekommunikasiya Materials 26 Avqust 2013 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir H.Vəliyev/

Mobil rabitə operatoru "Azercell Telecom" LTE (Long Term Evolution) şəbəkəsi üzərindən səsin göndərilməsi CSFB (CS FallBack) texnologiyasına əsaslanacaq. Bu barədə Trend-ə şirkətdən bildirilib.

CSFB texnologiyası LTE şəbəkəsinə qoşulan mobil qurğunu daxil olan və çıxan səs çağırışları üçün mövcud olan UMTS (Universal Mobile Telecommunications System) infrastrukturundan istifadə etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti