...

Azərbaycanın su operatoru internet-bankçılıq sisteminin yeni versiyasına qoşulub

Telekommunikasiya Materials 16 Sentyabr 2013 13:35 (UTC +04:00)
“Azericard” prosessinq mərkəzi “Azərsu” ASC-ni (Azərbaycanın milli su operatoru) və “B&BTV Communications” kabel televiziyası operatorunu internet-bankçılıq sisteminin yeni versiyasına qoşub.
Azərbaycanın su operatoru internet-bankçılıq sisteminin yeni versiyasına qoşulub

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Azericard" prosessinq mərkəzi "Azərsu" ASC-ni (Azərbaycanın milli su operatoru) və "B&BTV Communications" kabel televiziyası operatorunu internet-bankçılıq sisteminin yeni versiyasına qoşub. Bu barədə Trend-ə "Azericard" şirkətindən daxil olan məlumatda bildirilir.

Məlumata görə, hazırda "Azərsu" və "B&BTV Communications" abonentləri internet-bankçılıq sisteminin yeni versiyasından istifadə edərək ödəmə edə bilərlər.

İnternet Bankçılıq xidmətinin yeni versiyası yeni interfeys və proqramın asanlaşdırılmış qeydolunma sxemi ilə fərglənir, həmçinin xidmətlər siyahısına Şablon və Rekurent (Təkrarlanan ödəniş) ödənişləri əlavə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti