Azərbaycan, Bakı, 19 sentyabr /Trend /
Azərbaycan rabitə operatoru - "AZ-EVRO TEL" MMC yeni yaşayış binalarında telefon xətlərinin çəkilişi ilə bağlı güzəşt elan edir. Bu barədə MMC-dən Trend-ə daxil olan məlumatda bildirilir.
"AZ - EVRO TEL" MMC tərəfindən kabelləşdirilmiş yeni yaşayış binaların sakinləri 80 AZN-ə güzəştli telefon çəkilişi sürətli İnternet və İP-TV xidmətlərinə qoşulmağa dəvət edilirlər.
Sənədləşmə və digər suallarla əlaqədar Xidmətlərin Satışı və Marketinq şöbələrinə müraciət edə bilərsiniz.
Ünvan: Bünyad Sərdarov küçəsi 1 və ya Yasamal rayonu Şərifzadə 75.
Əlaqə telefonları: 497-07-07; 497-33-99