...

Azərbaycan internetə daxilolma səviyyəsi üzrə MDB ölkələri arasında birincidir

Telekommunikasiya Materials 18 Oktyabr 2013 17:54 (UTC +04:00)
Azərbaycan fərdi istifadəçilər arasında internetə daxilolma səviyyəsi üzrə MDB ölkələri arasında birinci olub.
Azərbaycan internetə daxilolma səviyyəsi üzrə MDB ölkələri arasında birincidir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan fərdi istifadəçilər arasında internetə daxilolma səviyyəsi üzrə MDB ölkələri arasında birinci olub. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) saytında yerləşdirilən "State of Broadband Report 2013" araşdırmasında deyilir.

Araşdırmanı rəqəmsal inkişafa yardım edən və ITU və UNESCO tərəfindən yaradılmış Genişzolaqlı Rabitə Komissiyası (The Broadband Commission for Digital Development) hazırlayıb.

Araşdırmaya əsasən, Azərbaycan fərdi internet istifadəçilərinin sayı üzrə 194 ölkə arasında 54,2 faiz göstərici ilə 66-cı yerdədir. Azərbaycan mövcud göstərici üzrə Qazaxıstan, Rusiya, Belarus, Gürcüstan, Moldova, Ermənistan, Özbəkistan, Ukrayna, Tacikistan və Türkmənistanı qabaqlayır. Fərdi internet istifadəçiləri arasında internetə daxilolma səviyyəsi üzrə orta dünya göstəricisi 35,7 faiz təşkil edir.

Azərbaycan inkişaf etməkdə olan ölkələr üzrə fərdi istifadəçilər arasında genişzolaqlı internetə daxilolma səviyyəsi üzrə 54,2 faiz göstərici ilə (orta dünya göstəricisi 27,5 faizdir) 25-ci yerdə qərarlaşıb. Azərbaycan bu göstərici üzrə də MDB ölkələri arasında birinci yeri tutur.

Azərbaycan inkişaf etməkdə olan ölkələr üzrə ev istifadəçiləri arasında genişzolaqlı internetə daxilolma səviyyəsi üzrə 46,8 faiz göstərici ilə 24-cü pillədədir. Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında Qazaxıstan (52,6 faiz) və Belarusdan (48,3) sonra üçüncü yerdədir. Orta dünya göstəricisi 24 faizə bərabərdir.

Ölkə hər 100 nəfərə düşən fiksasiya edilmiş genişzolaqlı internetin göstəricisi üzrə 13,8 faizdir (52-ci yer). Bu seqmentdə orta dünya göstəricisi 9,1 faizdir.

Azərbaycan mobil genişzolaqlı internetə daxilolma səviyyəsi üzrə 33,3 faiz göstərici ilə 50-ci yerdədir. Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında Rusiyadan sonra ikinci yeri turur. Bu seqmentdə orta dünya göstəricisi 22,1 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti