...

Rəqəmsal TV-nin kommersiya paketi Azərbaycanın daha üç rayonunda istifadəyə veriləcək

Telekommunikasiya Materials 24 Oktyabr 2013 16:52 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Lənkəran, Quba və Şəki rayonlarında rəqəmsal TV-nin kommersiya paketini istifadəyə verməyi planlaşdırılır.
Rəqəmsal TV-nin kommersiya paketi Azərbaycanın daha üç rayonunda istifadəyə veriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Lənkəran, Quba və Şəki rayonlarında rəqəmsal TV-nin kommersiya paketini istifadəyə verməyi planlaşdırılır.

İB-dən Trend-ə bildiriblər ki, kommersiya paketinin 2014-cü ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir. Rəqəmsal ötürücülərin köməyi ilə siqnal yaxınlıqdakı yaşayış məntəqələrində yayımlanacaq.

Xatırladaq ki, ilk dəfə kommersiya paketi bu ilin fevral ayında Gəncə şəhərində istifadəyə verilib. Kommersiya paketi 54 televiziya kanalından ibarətdir. Gələcəkdə kanalların sayı artırılacaq.

Paketə qoşulmaq haqqı 52 manatdır. Bu məbləğə abonentin aylıq ödənişi, qəbuledicinin və SMART kartın qiyməti daxildir. Kommersiya paketinin aylıq dəyəri altı manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti