...

ITU-nun baş katibi: Kibertəhlükəsizliyin təmin edilməsi qlobal məsələdir

Telekommunikasiya Materials 2 Dekabr 2013 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.İsmayılov/

Kibertəhlükəsizliyin təmin edilməsi məsələsi qlobal xarakter daşıyır və buna görə də beynəlxalq əməkdaşlığa əsaslanaraq dünya səviyyəsində həll edilməlidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Hamadun Ture beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, kiberhücum mənbələri müxtəlif ola bilər: "Bu da kibermüharibələrə gətirib çıxara bilər. Müharibə ilə mübarizənin ən yaxşı metodu isə onun barəsində xəbərdarlıq etmək və aradan qaldırmaqdır".

H.Ture qeyd edib ki, mübarizənin əsas üsullarından biri qismində beş istiqaməti fərqləndirmək olar: "Zəruri hüquqi bazanın mövcudluğu, texniki hazırlıq, milli əlaqələndirmə, yuxarıda qeyd edilən 3 istiqamət üzrə mütəxəssislərin öyrədilməsi və hazırlanması. Beşinci istiqamət isə beynəlxalq əməkdaşlıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti