...

Bakıda radiotezliklərin perspektivli istifadəsi məsələləri üzrə yekun sənəd qəbul edilib

Telekommunikasiya Materials 8 Dekabr 2013 09:13 (UTC +04:00)
Bakıda radiotezliklərin perspektivli və effektiv istifadəsi məsələləri üzrə yekun sənəd qəbul edilib.
Bakıda radiotezliklərin perspektivli istifadəsi məsələləri üzrə yekun sənəd qəbul edilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir H.Vəliyev/

Bakıda radiotezliklərin perspektivli və effektiv istifadəsi məsələləri üzrə yekun sənəd qəbul edilib. Trend-in xəbərinə görə, bu barədə cümə günü Regional Rabitə Birliyinin (RRB) məlumatında deyilir.

Xəbərə əsasən, sənəd həftənin əvvəlində "BakuTel-2013" sərgi-konfrans çərçivəsində keçirilən 694-790 MHs radiotezlik zolaqlarının perspektivli və effektiv istifadəsi məsələləri üzrə yüksəksəviyyəli görüş çərçivəsində qəbul edilib.

Yüksəksəviyyəli görüşün işində RRB-nin tamhüquqlu üzvlərinin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ukraynanın rabitə administrasiyalarının nümayəndə heyətləri və Latviyadan, Litvadan və Sloveniyadan RRB müşahidəçiləri iştirak ediblər. İclasda, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Telekommunikasiyalar sahəsində standartlaşdırma üzrə Avropa İnstitutu (ETSI), Əfqanıstan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İranın Rabitənin Tənzimlənməsi Xidmətləri, Finlandiyanın Dövlət Rabitə Agentliyi, Nokia Solutions&Networks, Huawei Technologies və Ericsson şirkətlərinin nümayəndələri iştirak ediblər.

Xəbərdə deyildiyi kimi, görüş iştirakçıları RRB, həmçinin ITU, ETSI və başqa regional təşkilatlar çərçivəsində tezliklərin bu zolağında praktik təcrübə və keçirilən tədqiqatlar üzrə məlumat mübadiləsi aparıblar, 694-790 MHs radiotezliklərin zolağında genişzolaqlı simsiz çıxış avadanlıqlarının istehsalının təşkili üzrə Solutions&Networks, Huawei Technologies və Ericsson şirkətlərinin planları ilə tanış olublar.

Bundan başqa, qeyd edilib ki, 694-790 MHs radiotezliklər zolağının cari və perspektivli istifadəsi məsələləri üzrə tədqiqatları bu zolaq üzrə 2015-ci ildə keçiriləcək radio rabitəsi üzrə ümumdünya konfransına RRB rabitə administrasiyalarının birləşdirilmiş mövqeyinin hazırlanması məqsədi ilə davam etmək məqsədəuyğundur.

İştirakçılar, həmçinin RRB rabitə administrasiyaları başçılarının növbəti şura iclasında bu məsələnin müzakirəsinin məqsədəuyğunluğunu qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti