...

"Nar Mobile" abunəçilərinə "3-ü 1-də" tarifinə pulsuz qoşulma təklif edir

Telekommunikasiya Materials 8 Yanvar 2014 15:33 (UTC +04:00)
"3-ü 1-də" tarifi ilə həftədə cəmi 2.80 AZN-ə bol zəng, SMS və internet təklif edən "Nar Mobile" mobil operatoru abunəçilərini müjdələməyə davam edir.
"Nar Mobile" abunəçilərinə "3-ü 1-də" tarifinə pulsuz qoşulma təklif edir

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

"3-ü 1-də" tarifi ilə həftədə cəmi 2.80 AZN-ə bol zəng, SMS və internet təklif edən "Nar Mobile" mobil operatoru abunəçilərini müjdələməyə davam edir.

Belə ki, mobil operatorun öz abunəçilərinə təklif etdiyi yeni "3-ü 1-də" tarifinə keçid cari ilin 31 yanvar tarixinədək tamamilə pulsuz olacaq.

Xatırladaq ki, tarif çərçivəsində abunəçilərə şəbəkədaxili 150 dəqiqə və 150 SMS, şəbəkəxarici isə 50 dəqiqə və 50 SMS və 200 MB internet trafiki təqdim olunur.

Beləliklə, artıq "3-ü 1-də" tarifinə qoşulan "Nar Mobile" abunəçiləri bu sərfəli tarifdən yararlanaraq gözlədiklərindən daha artığını əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti