...

Azərbaycanın mobil operatoru 4G-rouminqi tətbiq etməyə hazırlaşır

Telekommunikasiya Materials 18 Fevral 2014 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti LTE-rouminq (4G) xidmətini işə salmağa hazırlaşır. Bunu Trend-ə şirkətdən deyiblər.

Şirkətdən bildiriblər ki, hazırda trafik daşınmanın həyata keçirildiyi 4G kanalının genişləndirilməsi ilə bağlı işlər aparılır: "Bu istiqamətdə işlər başa çatdıqdan sonra "Azercell Telekom" şəbəkəsinin abonentləri üçün xidmət əlçatan olacaq. "TeliaSonera" şirkətlər qrupu 4G-rouminqi tətbiq etmiş Avropanın telekommunikasiya xidmətləri provayderləri arasında birinci olub. Öz növbəsində, "Azercell" bu layihəni 2014-cü il ərzində həyata keçirməyi planlaşdırır".

Hazırda şirkətin LTE şəbəkəsi Bakı və Abşeron yarımadasını əhatə edir. Yaxın vaxtlarda şəbəkə Azərbaycan rayonlarını da əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti