...

Azercell SimSim abonentləri üçün yeni tarif təqdim edib

Telekommunikasiya Materials 21 May 2014 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 mart /Trend/

Azercell 21 may tarixindən etibarən bütün SimSim abunəçiləri üçün xüsusi Gecə Tarifi Kampaniyasına başlayır. Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniyanın keçiriləcəyi müddət ərzində abunəçilər gecə saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili zənglər zamanı inanılmaz güzəştlə danışacaqlar.

Belə ki, qeyd olunan saatlarda şəbəkədaxili zənglər 1 dəq 2 qəpik tarifi ilə hesablanacaq. Kampaniyaya qoşulmaq üçün abunəçilər 9888 qısa nömrəsinə boş SMS göndərməlidirlər. Kampaniyaya qoşulma üçün göndərilən SMS-in qiyməti 1 qəpik təşkil edir.

Kampaniyadan imtina etmək üçün isə abunəçi STOP sözünü yazıb, 1010 qısa nömrəsinə göndərə bilər. Bu zaman göndərilən SMS pulsuz olacaq. Onu da bildirək ki, yeni kampaniya 21.08.2014 tarixinə qədər, yəni düz 3 ay davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti