...

Azərbaycan və İran poçt maliyyə xidmətləri sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Telekommunikasiya Materials 17 İyun 2014 13:46 (UTC +04:00)
Azərbaycan və İran poçt maliyyə xidmətləri sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
Azərbaycan və İran poçt maliyyə xidmətləri sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və İran poçt maliyyə xidmətləri sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İranın IRNA agentliyi xəbər yayıb.

İKT sahəsində iki ölkə arasında əməkdaşlıq məsələləri Tehranda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla iranlı həmkarı Mahmud Vaizi arasında keçirilən görüşdə müzakirə olunub.

İki ölkənin poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında saziş ilin sonunadək imzalanacaq. Tərəflər Azərbaycan, İran, Türkiyə və Qırğızıstan arasında təcili pul köçürmələri sistemlərinin təşkilini razılaşdırıblar.

Vaizi İKT sahəsində iki ölkə arasında əməkdaşlıq məsələlərinə toxunarkən bildirib ki, tərəflər məlumatların ötürülməsi sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər, eləcə də səs və internet trafikinin həcmini artıracaqlar.

Eləcə də beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) strukturunda qarşılıqlı dəstək haqqında qərar qəbul ediblər. İran və Azərbaycan ITU-nin rəhbər orqanlarında öz namizədliklərini irəli sürüblər. Habelə İran şirkətlərinin Bakıda təşkil olunacaq sərgidə [BakuTel-2014] iştirakı məsələsi də razılaşdırılıb.

İranlı həmkarı ilə görüş çərçivəsində Əli Abbasov iki ölkənin telekommunikasiya sahəsinin tənzimlənməsi, eləcə də iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə dair məsələlərə də toxunulub.

Azərbaycanlı nazir İrana səfəri zamanı teleradio yayımları sahəsində məsələləri İranın dövlət teleradio şirkətinin rəhbərliyi ilə müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti