Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın kabel televiziyasının operatoru "B&BTV Communications" şirkəti Naxçıvan Muxtar Respublikasında "NarTV" ticarət markası altında kommersiya TV paketinin verlişlərinin qəbulu üçün dekoderlər alacaq. Bu barədə cümə axşamı Trend-ə respublikanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.
"NarTV" TV paketinin yayım xidmətləri Azərbaycanın "Azərfon" MMC mobil operatoru ilə birgə tətbiq ediləcək. Rəqəmli kontentin yayımı DVB-T2 standartında həyata keçiriləcək.
Mənbə bildirib: "Dekoderlərin dizaynının oktyabrın sonunadək müəyyən ediləcəyi gözlənilir, bundan sonra onların satın alınması proseduruna başlanılacaq".
Naxçıvan MR-də rəqəmli televiziya kommersiya paketinin test rejimində yayımına 2014-cü ilin mayında başlanılıb.