...

Dövlət rabitə operatorları da "ExpressPay" ödəniş sisteminə qoşuldular

Telekommunikasiya Materials 10 Dekabr 2014 17:36 (UTC +04:00)
Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə rabitə xidməti haqlarının "Expressbank” ASC-nin ödəmə terminalları vasitəsilə ödənilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM), "Expressbank” ASC və telekommunikasiya qovşaqları arasında müqavilələr imzalanıb.
Dövlət rabitə operatorları da "ExpressPay" ödəniş sisteminə qoşuldular

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə rabitə xidməti haqlarının "Expressbank" ASC-nin ödəmə terminalları vasitəsilə ödənilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM), "Expressbank" ASC və telekommunikasiya qovşaqları arasında müqavilələr imzalanıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, MHM tərəfindən proqram təminatı hazırlanıb və cari ilin 1 dekabr tarixindən başlayaraq abunəçilər Bakı, Xırdalan və Sumqayıt şəhərlərində başqa vasitələrlə yanaşı, "Expressbank" ASC-nin ödəmə terminalları - "ExpressPay" vasitəsilə də rabitə xidməti haqlarını rahatlıqla ödəyə bilirlər.

Abunəçilər bu ödəmə terminallarında telefon nömrəsini daxil etdikdə ekranda bütün rabitə xidməti borcları ayrıca sətirlə əks olunur:

- şəhərlərarası və beynəlxalq danışıq borcu;
- aylıq abunə borcu;
- internet borcu.

Abunəçi borc məbləğlərini ödəyə və ya avans qoya bilər. Qəbul edilən ödənişlər onlayn rejimdə avtomatik olaraq MHM-in mərkəzi serverinə ötürülür və billinqdə nəzərə alınır. Qeyd edək ki, əgər telefon borca görə bağlıdırsa,"Expressbank" ASC-nin terminallarında ödəniş edildikdən sonra ən çoxu 30 dəqiqə ərzində telefon avtomatik olaraq şəbəkəyə qoşulur.

Bu ödəmə sisteminin əvvəlki ödəmə sistemlərindən üstünlüyü ondan ibarətdir ki, abunəçi istədiyi xidməti monitorda seçə və ayrı-ayrılıqda ödəniş edə bilir.

Layihənin istismara verilməsindən az müddət keçməsinə baxmayaraq, "Expressbank" ASC-nin ödəmə terminalları vasitəsilə aparılan ödənişlərin həcmi artmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti