...

"AzerGold" qiymətli metalların hasilatı üçün innovativ texnologiyalar əldə edəcək

Telekommunikasiya Materials 5 Aprel 2015 14:30 (UTC +04:00)
İnnovasiya texnologiyalarının tətbiqi ilə qiymətli metalların hasilatı üzrə biznes-layihə sınaq üçün “AzerGold” QSC-yə təqdim olunacaq.
"AzerGold" qiymətli metalların hasilatı üçün innovativ texnologiyalar əldə edəcək

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

İnnovasiya texnologiyalarının tətbiqi ilə qiymətli metalların hasilatı üzrə biznes-layihə sınaq üçün "AzerGold" QSC-yə təqdim olunacaq. Bu barədə Trend-ə Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən bildiriblər.

Layihə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Fizika İnstitutunun elmi-texniki tədqiqatları əsasında hazırlanıb.

Yeni metod qiymətli metalların innovativ texnologiyalarla hasilatını nəzərdə tutur. Xüsusilə, burada söhbət metalın filizdən ayrılması üçün təhlükəsiz məhsullardan istifadəyə imkan verən mobil qurğudan gedir.

Texnologiyanın Böyük və Kiçik Qafqazdakı bir sıra qızıl filizi yataqlarında sınaqdan keçirildiyi qeyd olunur.

2015-ci il fevralın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış "AzerGold" QSC qiymətli metal yataqlarının axtarışı, tədqiq olunması və istismarı ilə məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti