...

Televiziya və radio kanallarında kompleks profilaktika tədbirləri keçirilir

Telekommunikasiya Materials 6 Aprel 2015 13:30 (UTC +04:00)
Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir.
Televiziya və radio kanallarında kompleks profilaktika tədbirləri keçirilir

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Hüseyn Vəliyev)

Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir.

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, kompleks profilaktika tədbirləri ilə əlaqədar olaraq, aprelin 6-da 06:00-dan 15:00-a qədər "AzTV", "Mədəniyyət", "İctimai TV", "XəzərTV", "İdman TV" telekanallarının, eləcə də "Avto FM", Xəzər FM", "Araz FM" и "Burc FM" radiostansiyalarında profilaktik tədbirlər keçirilir.

Profilaktik tədbirlər əvvəlcədən təsdiq olunmuş cədvəl üzrə həyata keçirilir və həftənin 7 günü 24 saat ərzində işləyən avadanlıqlarda baş verə biləcək hər hansı texniki problemin qarşısını almağa hesablanan prosedurdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti