...

Naxçıvanın rabitə operatoru LTE şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 13 Avqust 2015 21:47 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının simsiz rabitə operatoru “Naxtel” LTE şəbəkəsinin genişləndirilməsinə başlayıb.
Naxçıvanın rabitə operatoru LTE şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Naxçıvan Muxtar Respublikasının simsiz rabitə operatoru "Naxtel" LTE şəbəkəsinin genişləndirilməsinə başlayıb. Bu barədə Trend-ə NMR-in Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda Naxçıvan şəhərində və Muxtar Respublikanın bir sıra rayonlarında şəbəkənin sınağı üzrə işlər aparılır.

Şəbəkənin 2016-cı il yanvar ayında kommersiya istismarına veriləcəyi gözlənilir.

"Naxtel" şirkəti tərəfindən LTE-nin 10 baza stansiyası quraşdırılıb. "Naxtel"in 4G şəbəkəsi Naxçıvan şəhəri və Şərur, Babək, Culfa, Ordubad və Şahbuz rayonlarının bir sıra kəndlərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti