Mərkəzi Bank ödəniş sistemlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görür

Mərkəzi Bank ödəniş sistemlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görür

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Milli Ödəniş Sisteminin təhlükəsizliyinin artırılması, sabit fəaliyyətinin təmini və inkişafı istiqamətində tədbirlər davam etdirilir.

AMB-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bank qanunla müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində ölkədə ödəniş sistemlərinin, o cümlədən hesablaşma və klirinq sistemlərinin yaradılmasını, onların fəaliyyətinin təşkil edilməsini, habelə sabitliyini və inkişafını təmin edən dövlət orqanıdır. Son illərdə Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi infrastrukturu yaradılıb. Təhlükəsiz və effektiv formada fəaliyyət göstərən Milli Ödəniş Sistemi ölkənin həm maliyyə sabitliyinin, həm də iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank davamlı olaraq Milli Ödəniş Sisteminin sabit və etibarlı fəaliyyətinin təşkil edilməsi istiqamətində kənar təhdidləri və riskləri analiz edir, baş verə biləcək hər hansı fövqəladə hallar zamanı ödəniş sistemlərinin fəaliyyətinin davamlılığının təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda, qlobal iqtisadiyyatda baş verən proseslər mütəmadi qaydada izlənilir, onların ödəniş sistemlərinə təsir ehtimalı qiymətləndirilir və sistemlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür.

AMB tərəfindən bu sahədə həyata keçirilən əsas tədbirlərdən biri hal-hazırda icrası başa çatmaq üzrə olan "Milli Ödəniş Sisteminin Modernizasiyası" layihəsidir. 2014-cü ildə Mərkəzi Bank beynəlxalq aləmdən gələ biləcək təhdidlərin neytrallaşdırılması, həmçinin Milli Ödəniş Sisteminin əsas komponentlərindən biri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZİPS) fəaliyyətinin beynəlxalq infrastrukturlardan asılılığının aradan qaldırılması məqsədilə bu layihəyə start verdi. Layihə çərçivəsində ödəniş sisteminin fəaliyyəti lokal telekommunikasiya şəbəkəsi üzərindən quruldu və sistem iştirakçıları olan banklara, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə milli valyutada hesablaşmaların beynəlxalq telekommunikasiya təchizatçısı olan SWIFT ilə yanaşı, həm də lokal telekommunikasiya şəbəkəsi üzərindən həyata keçirilməsi imkanı yaradıldı.

Məhz vaxtında görülmüş bu qabaqlayıcı tədbirlər nəticəsində cari ilin 16 noyabr tarixində ölkənin beynəlxalq internet şəbəkələrinə çıxışında fasilələrin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sisteminin (XÖHKS) sabit və davamlı fəaliyyətində hər hansı bir problem yaşanmadı. Sistem iştirakçılarının milli valyutada aparılan hesablaşmalarının fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edildi.

Eyni zamanda "Milli Ödəniş Sisteminin Modernizasiyası" layihəsi çərçivəsində ödəniş sistemlərinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın mövcud ehtiyat mərkəz infrastrukturu müasir standartlar əsasında təkmilləşdiriləcək. Həmçinin növbəti ildə XÖHKS-də beynəlxalq təcrübədə geniş tətbiq olunan "birbaşa debetləşmə" ödəniş alətinin istifadəsi üçün müvafiq funksional imkanın yaradılması, sistemdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imzadan istifadə edilməsi həyata keçiriləcək.

Mərkəzi Bank tərəfindən pərakəndə nağdsız ödənişlərin inkişafı üzrə həyata keçirilən digər mühüm layihə "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılmasıdır. Bu layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcək. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys (əlaqə) yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək.

Mərkəzi Bankın ödəniş sistemləri üzrə fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsidir. Bu sahədə görülən tədbirlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən "Hökumət Ödəniş Portalı"nın (HÖP) yaradılmasıdır.

Hazırda dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış "Elektron Hökumət" dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (VXSİDA) həvalə edilən funksiyaların səmərəli və operativ icrasının təmin edilməsi məqsədilə Dövlət Agentliyi ilə birgə fəaliyyət göstərilir. Hazırda çoxfunksiyalı ASAN ödəniş sistemi vasitəsi ilə ödənişlərin, habelə "ASAN xidmət" mərkəzlərində göstərilən dövlət xidmətləri üzrə ödənişlərin HÖP üzərindən aparılması təmin edilib.

HÖP-ə inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 330-dan çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) "Azərpoçt" MMC-nin və 40-dan çox bankın 2000-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb. Mərkəzi Bank tərəfindən yuxarıda qeyd olunan layihələrin reallaşdırılması ödəniş sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini, habelə iqtisadiyyatda nağdsız hesablaşmaların daha effektiv həyata keçirilməsini təmin edərək nağdsız ödənişlərin inkişafı və əhatə dairəsinin genişlənməsində mühüm rol oynayır.

Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini
Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini
2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini
2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini
Loading Bars
Xəbər lenti
Hafiz Məmmədov ev dustaqlığına biraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi
"Buta Airways" Xarkova uçuşlar həyata keçirəcək
Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı danışıqlar aparılmır - Elman Rüstəmov
Bu il cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər - Elman Rüstəmov
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
2023-cü ildə Azərbaycanda inflyasiya sabitləşəcək - Elman Rüstəmov
Sabah hava yağıntısız keçəcək
Ötən il Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib
Ahıl kişinin başına daşla vuraraq pulunu alan şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb
Qırğızıstan Tacikistanla sərhəddə 24 mindən çox sakini təxliyə edib
İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb (FOTO)
"COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda vebinar keçirilib (FOTO)
Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır
Mərkəzi Bank uçot dərəcəsini artırıb
Zakir Sultanov 11 il azadlıqdan məhrum edildi
MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsinə önəm verir (FOTO)
Dövlət tərəfindən sahibkarların 62 milyon manat kredit faizi ödənilib
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
“PAŞA Bank”ın fərdi sahibkar müştəriləri biznes kreditini ASAN imza ilə əldə edə bilərlər (VİDEO)
Minaaxtaranlar üçün Ağdamda yeni mobil düşərgə salınıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında vəziyyət necədir? - AÇIQLAMA
Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb
PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb
Ötən il sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilib
Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA
AZƏRTAC ilə UNA arasında əməkdaşlıq yeni hədəflərə istiqamətlənir (FOTO/VİDEO)
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
“Omikron”dan sonra fəsadlar qala bilər? - Həkim
Cəlilabadda qonşusunu bıçaqlayıb öldürən şəxs həbs olunub
Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Ötən gün 13 yanğın olub (VİDEO)
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır
Çin koronavirusa qarşı yeni vaksini sınaqdan keçirib
Polis sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib
VTB (Azərbaycan) nağd kreditin maksimal məbləğini artırıb
Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb
Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işlərinin növbəti mərhələsi başlanıb (FOTO)
Vidadi Muradovun cinayət işinə xitam verilib
11 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb
Lənkəranda narkotik satan ana-oğul saxlanılıb (FOTO)
Salyanda mağaza yanıb
Korçay qoruğunun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı üzərində iş aparılır
Salyan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
Toyda karantini pozan 1 nəfər həbs edilib, 2 nəfər cərimələnib
Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgəri yaralanıb
Amerikalı professor Mingəçevir Dövlət Universitetində seminar keçib (FOTO)
Xorvatiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya imkanları ilə bağlı danışıqlar aparır - Səfir (Müsahibə) (FOTO)
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir
İlon Mask 21 milyard dollardan çox vəsait itirib
Daha üç Qırğızıstan vətəndaşı sərhəddə baş verən atışma zamanı yaralanıb
Türkiyə XİN BMT-nin Kiprdəki sülhməramlılarının mandatının uzadılmasına dair açıqlama yayıb
“Neftçi” növbəti transferini reallaşdırıb
Şimali Koreya uzaq mənzilli ballistik raket sınağını keçirib
Türkiyədə ötən sutka koronavirusa 82 mindən artıq yoluxma qeydə alınıb
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)
"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Türkiyə Rusiya və Ukraynanı gərginliyi azaltmağa çağırıb
Qırğızıstanın mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Bütün xəbərlər