...

Azərbaycanın mobil rabitə operatorunun gəlirləri ötən il azalıb

Telekommunikasiya Materials 24 Fevral 2016 14:13 (UTC +04:00)
Azərbaycanın mobil operatoru "Azercell" MMC-nin 2015-ci ilin yekunları üzrə gəlirləri təxminən 7 faiz azalıb.
Azərbaycanın mobil rabitə operatorunun gəlirləri ötən il azalıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın mobil operatoru "Azercell" MMC-nin 2015-ci ilin yekunları üzrə gəlirləri təxminən 7 faiz azalıb. Trend-in məlumatına görə, bunu şirkətin maliyyə direktoru Sərdar Yılmaz ötən ilin yekunlarına həsr edilmiş konfransda deyib.

Onun sözlərinə, 2014-cü ildə şirkətin gəlirləri 430 milyon manat idisə, 2015-ci ildə bu göstərici təqribən 400 milyon manatadək azalıb: "Biz gəlirlərin azalması tendensiyasının bu ildə qorunacağını gözləyirik".

S.Yılmaz şirkətin 2016-cı il üçün ölkənin telekommunikasiya sektoruna investisiyalarının həcmi üzrə ilkin proqnozunu da açıqlayıb. Həmin həcmlər təqribən 50 milyon manat təşkil edəcək. 2015-ci ildə sektora qoyulmu.ş investisiyaların həcmi 68 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti