...

195-2 Çağrı Mərkəzinə 1200-dən çox müraciət daxil olub

Telekommunikasiya Materials 13 İyun 2016 13:13 (UTC +04:00)
Mayda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1200-dən çox, ümumilikdə isə indiyədək 54 mindən çox müraciət edilib.
195-2 Çağrı Mərkəzinə 1200-dən çox müraciət daxil olub

Bakı. Trend:

Mayda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1200-dən çox, ümumilikdə isə indiyədək 54 mindən çox müraciət edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar.

Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti