...

Rəqəmli yayım üçün dekoderləri poçt şöbələrindən də əldə etmək mümkün olacaq

Telekommunikasiya Materials 25 Oktyabr 2016 17:29 (UTC +04:00)
Əhali rəqəmli televiziya yayımı üçün nəzərdə tutulan dekoderləri “Azərpoçt”un şöbələrindən də əldə edə biləcəklər.
Rəqəmli yayım üçün dekoderləri poçt şöbələrindən də əldə etmək mümkün olacaq

Bakı. Hüseyn Vəliyev – Trend:

Əhali rəqəmli televiziya yayımı üçün nəzərdə tutulan dekoderləri “Azərpoçt”un şöbələrindən də əldə edə biləcəklər. Bu barədə Trend-ə İnformasiya və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Mənbə bildirib ki, burada əsas məqsəd rəqəmli yayıma keçiddən sonra əhalinin rəqəmli yayıma baxmaq imkanını təmin etməkdir.

Qeyd edək ki, noyabrın 1-dən Bakı və Abşeronda, dekabrın 1-dən isə respublika üzrə analoq yayımın dayandırılması və tam olaraq rəqəmli yayıma keçid planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti