...

"Apple" ötən maliyyə rübünün yekunları üzrə 10,7 milyard dollar xalis mənfəət əldə edib

Telekommunikasiya Materials 3 Noyabr 2017 06:19 (UTC +04:00)
ABŞ-ın "Apple" korporasiyası ötən maliyyə rübünün yekunları üzrə 10,7 milyard dollar məbləğində xalis mənfəət əldə edib.
"Apple" ötən maliyyə rübünün yekunları üzrə 10,7 milyard dollar xalis mənfəət əldə edib

Bakı. Trend:

ABŞ-ın "Apple" korporasiyası ötən maliyyə rübünün yekunları üzrə 10,7 milyard dollar məbləğində xalis mənfəət əldə edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə şirkətin cümə axşamı dərc olunan maliyyə hesabatında qeyd olunub.

Qeyd olunur ki, ötən ilin analoji rübünün yekunu üzrə şirkətin mənfəəti 9 mlrd. dollar təşkil edib.

"Apple"nin son üç aya görə gəliri 12,2 faiz artaraq təqribən 52,6 mlrd. dollara çatıb. Bu məbləğin 28,8 mlrd. dolları (təqribən 55 faiz) "iPhone" smartfonlarının satışından əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti