...

Azercell şəbəkəsindəki problemin SƏBƏBİNİ oxuyun!

Telekommunikasiya Materials 30 Noyabr 2017 09:35 (UTC +04:00)
"Azercell Telecom" MMC abonentlərinə xəbərdarlıq edib.
Azercell şəbəkəsindəki problemin SƏBƏBİNİ oxuyun!

Bakı. Trend:

"Azercell Telecom" MMC abonentlərinə xəbərdarlıq edib.

Azərbaycanın bəzi şimal bölgələrində və Abşeron yarımadasının şimal hissəsinin bəzi ərazilərində abunəçilərin 3G şəbəkəsindən istifadə zamanı zənglər həyata keçirərkən müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.

Trend xəbər verir ki, bu barədə MMC-nin rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.

Bunun telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən qurğularda qeydə alınan texniki nasazlıqla əlaqədar olduğu bildirilir.

Çətinliklə qarşılaşdıqda ya "Azercell"in mobil internet xidmətindən istifadə edilməsi, ya da telefon cihazında şəbəkə seçimini qeyri-avtomatik rejimdə sazlayaraq səsli zəng xidməti üçün 2G şəbəkəsinin seçilməsi tövsiyə olunur:

"Yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülür. Qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək, bu barədə şirkət tərəfindən əlavə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti