...

Azərbaycan Aİ ilə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edir

Telekommunikasiya Materials 5 İyun 2018 20:56 (UTC +04:00)
Azərbaycan elektron imzaların qarşılıqlı tanınması ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri ilə iş aparır.
Azərbaycan Aİ ilə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edir

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan elektron imzaların qarşılıqlı tanınması ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri ilə iş aparır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu sahədə işlər yerli qanunvericiliyin Aİ-nin yeni tapşırığına uyğunlaşdırılmasını nəzərdə tutur.

E.Vəlizadə əlavə edib ki, elektron ticarətin inkişafı üçün zəruri addımlar reallaşdırılır və ticarətin həcmi daim artır: "Bu sahənin daha da inkişaf etməsi üçün ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması və e-imzanın qeyri-rezidentlər tərəfindən istifadəsi imkanının təmin olunması üzrə işlər aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti