Azərbaycan: Enerji və Nəqliyyat Mərkəzindən Rəqəmsal Mərkəzə doğru

Azərbaycan: Enerji və Nəqliyyat Mərkəzindən Rəqəmsal Mərkəzə doğru

Bakı. Trend:

Bəşəriyyət artıq yeni bir dövrə - Dördüncü Sənaye İnqilabı dövrünə (Sənaye 4.0) qədəm qoyub. Sənaye 4.0 qarşımızda yeni üfüqlər açan tam yeni bir inkişaf mərhələsidir. Sənaye 4.0-ün mahiyyəti odur ki, artıq hər birimizin maddi dünyası virtual dünya ilə əlaqəlidir və biz kiber-fiziki sistemlər, robotlaşma, ağıllı şəhər və müəssisələrin yaradılmasının, 5-ci nəsil mobil rabitənin, əşyaların interneti və s. yaradılmasının şahidi oluruq.

Dünya birliyinin ayrılmaz hissəsi və iqtisadi inkişafına görə Cənubi Qafqazda lider ölkə olan Azərbaycan da dördüncü sənaye inqilabına qədəm qoyur. Ötən illər ərzində Azərbaycan təkcə bölgə üçün deyil, bütün Avrasiya regionu üçün böyük əhəmiyyətə malik bir ölkəyə çevrilib. Avropa ilə Asiyanın qovşağında, tarixi İpək Yolunun üzərində yerləşən ölkəmiz böyük Asiya ölkələri olan Çin və Hindistan ilə Avropa İttifaqı ölkələri arasında körpü, habelə Rusiyanı Yaxın Şərq, Cənubi Asiya ilə birləşdirən vacib bir ölkədir.

Bu gün Sənaye 4.0 dövründə Azərbaycan öz əlverişli mövqeyindən fəal şəkildə istifadə edərək böyük regional və transmilli layihələr həyata keçirir. Təbii ki, bu layihələr sırasında ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, həmçinin ölkəmizin dünya ticarətində fəal iştirak etməsini təmin edən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri yer alır. Eyni zamanda, Əfqanıstandan Türkiyəyə və Avropaya uzanan “Lapis Lazuli” marşrutunu da qeyd etmək lazımdır.

Həyata keçirilən məqsədyönlü siyasətin ayrılmaz hissəsi olaraq son illərdə ölkənin müxtəlif bölgələrində yeni infrastruktur layihələrinin icrası, yeni avtomobil və dəmir yolların tikintisi, həmçinin regional layihələrin həyata keçirilməsində ölkəmizin oynadığı aparıcı rol bir tərəfdən daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, digər tərəfdən isə Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirir.

Vətən müharibəsində qazanılan qələbə və bundan sonra Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, habelə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış və Azərbaycanla Ermənistan arasındakı nəqliyyat kommunikasiyalarının bərpası üçün üçtərəfli işçi qrupun yaradılmasını nəzərdə tutan bəyanat Azərbaycanı regional mərkəz olaraq yeni bir mərhələyə çıxarır. Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizi əvvəllər qət olunan məsafəni əhəmiyyətli dərəcədə azaldır, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üçün alternativ bir qol yaradır.

Yuxarıda deyilənlər Azərbaycanın yaxın gələcəkdə rəqəmsal inkişafına və bölgənin rəqəmsal mərkəzinə çevrilməsinə də imkan verir. Bu gün Azərbaycanın özünün əlverişli coğrafi mövqeyinə, enerji və nəqliyyat mərkəzləri kimi statusuna və potensialına güvənərək yaxın regionlar üçün həmçinin Regional Rəqəmsal Mərkəzə çevrilmək imkanı vardır.

Hazırda dünyada gedən intensiv rəqəmsallaşma fonunda ölkəmizdə iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması yalnız xoş bir perspektiv deyil, həm də dünyanı bürüyən COVID-19 pandemiyası zamanı daha aydın görünən bir zərurətdir. Belə ki, sərt karantin dövründə rəqəmsal xidmətlərə olan tələbat sürətlə artıb, bağlantı xidmətləri hər zaman olduğundan daha aktual əhəmiyyət kəsb edib, ictimai həyatın demək olar ki, bütün sahələri onlayn rejimə keçib və bu rəqəmsal transformasiya bu gün də davam edir. Lakin hazırda bu xidmətlərin təkcə əhatə dairəsinin genişlənməsinə deyil, həm də yüksək keyfiyyətinə nail olmaq və bu istiqamətdə Dövlət-Özəl Sektor Əməkdaşlığı (DÖST) modelini tətbiq etmək lazımdır.

Bu gün dünyada pandemiya ilə mübarizə fonunda baş verən dəyişikliklər Azərbaycanın qarşısında müasir çağırışlara cavab vermək və iqtisadi inkişafda yeni üfüqlər açmaq kimi öhdəliklər qoyur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması və yeniliklərin tətbiqi məsələləri ölkəmiz üçün prioritetdir. Ölkənin əlverişli coğrafi mövqeyi və təbii sərvətləri, insan potensialı, habelə son illərdə Prezident İlham Əliyevin qəbul etdiyi dövlət proqramları, fərman və sərəncamlar bunun üçün bütün imkanları yaradır.

Rəqəmsallaşma və ölkədə dayanıqlı rəqəmsal infrastruktur quruculuğu istiqamətində atılan ən vacib addımlardan biri də ölkəni qlobal internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkəti tərəfindən həyata keçirilən “Azerbaijan Digital Hub” proqramıdır. Proqramın əsas məqsədi daxili telekommunikasiya infrastrukturunu dünyada inkişaf etmiş iqtisadiyyata malik ölkələrin standartlarına uyğun modernləşdirmək, habelə Azərbaycanın digər ölkələrdən internetlə bağlı asılılığını aradan qaldırmaq, Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi İpək Yolunun üzərində “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) qurmaqdır. Uzunmüddətli perspektivdə proqram çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın bölgədə əsas İnternet təchizatçısı, İnternet Mübadilə Mərkəzi olmasına imkan verəcək və ölkəni rəqəmsal xidmətlərin idxalçısından ixracatçısına çevirəcək.

Proqramın birinci mərhələsi çərçivəsində şirkət ölkədə və xaricdə dayanıqlı magistral infrastrukturun qurulması üzrə layihələr həyata keçirir. Hal-hazırda Xəzər dənizinin dibi ilə Azərbaycan - Qazaxıstan və Azərbaycan - Türkmənistan marşrutları boyunca fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar boyunca kabel xətlərinin çəkilməsi üçün 19 mart 2019-cu il tarixində Azərbaycan ilə Qazaxıstan, 28 noyabrda isə Azərbaycan və Türkmənistan arasında dövlətlərarası sazişlər imzalanıb. Bu sazişlərə uyğun olaraq, Xəzər dənizinin dibi ilə 400 km uzunluğunda Azərbaycan-Qazaxıstan marşrutu üzrə kabel xəttinin çəkilişi layihəsi Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelecom” tərəfindən həyata keçirilir. 2019-cu ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində hər iki ölkənin baş nazirləri, digər rəsmi şəxsləri, layihəni icra edən şirkətlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan marşrutu layihəsinin təməlqoyma mərasimi keçirilib. Xəzər dənizini dibi ilə digər layihə olan və ümumi uzunluğu 300 km olacaq Azərbaycan-Türkmənistan marşrutu üzrə magistral kabel xəttinin çəkilməsi layihəsi isə “AzerTelecom” və “Turkmentelecom” tərəfindən həyata keçiriləcək. Onu da qeyd edək ki, Qazaxıstan istiqaməti üzrə kabel xətti ən azı 4-6 terabit/saniyə həcmində, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/saniyə həcmində məlumatların ötürülməsinə imkan verəcək.

“Azerbaijan Digital Hub” proqramının həyata keçirilməsi Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün regional rəqəmsal xidmətlər mərkəzinə çevrilməsinə imkan verəcək. Yeni internet traffiki mübadiləsi nöqtəsi olaraq, London, Frankfurt, Sofia, İstanbul, Moskva, Amsterdam və Dubay kimi inkişaf etmiş mərkəzlərlə yanaşı, Bakı da bu qlobal siyahısa düşəcək və ölkəmiz ümumilikdə ətraf regionlarda yaşayan 1.8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq.

Beləliklə, “Azerbaijan Digital Hub” proqramının həyata keçirilməsi ilə ölkəmizdə və ölkəmizdən kənarda dayanıqlı rəqəmsal infrastruktur formalaşacaq, bu layihələr Sənaye 4.0 kontekstində telekommunikasiya sektorunun davamlı inkişafına, müxtəlif sahələrdə yeniliklərin tətbiqinə, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsinə, iqtisadiyyatın inkişafına səbəb olacaq və rəqəmsal transformasiya proseslərinin icrasına kömək edəcək.

Həmçinin “Azerbaijan Digital Hub” proqramı Azərbaycanın artıq əldə etdiyi enerji və nəqliyyat habı kimi statsularına əlavə olaraq hazırda qədəm qoyduğumuz yeni onillikdə ölkəmizin dünyada yeni prizmadan - rəqəmsal mərkəz prizmasından qlobal mövqeləndirilməsinə, ölkəmizin Avrasiyanın Rəqəmsal Liderlərindən birinə çevrilməsinə imkan verəcək.

Əlimərdan Sultanov

Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Daha bir neçə gimnastımız idman ustası oldu
Daha bir neçə gimnastımız idman ustası oldu
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Loading Bars
Xəbər lenti
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrasnı ilə Azərbaycanın mövqelərini daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bütün xəbərlər